Sumqayıtda moped dirəyə çırpılıb, sürücüsü ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi moped sürücüsünün ölməsi ilə nəticələnib.

"Report"un Sumqayıt bürosu xəbər verir ki, 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırov idarə etdiyi mopedlə hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb.

Sürücü aldığı yaralardan hadisə yerində keçinib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır

Digər xəbərlər