Sumqayıtda iki avtomobil toqquşub - FOTO

Sumqayıt şəhərində iki avtomobil toqquşub.

"Report" xəbər verir ki, hadisə Sumqayıt Şəhər İcra Hakimiyyətinin yaxınlığında baş verib.

Belə ki, 90-UZ-151 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil sürət həddini aşaraq 10-SC-835 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində sürücülər xəsarət almasa da, hər iki maşına ciddi ziyan dəyib. 

Hadisə yerinə DYP əməkdaşları gəliblər.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17