Sumqayıtda restorandakı yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıtda "Samovar" restoranında yanğın baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, restoranın dam örtüyündə başlayan yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Sumqayıtda "Samovar" restoranında yanğın başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Digər xəbərlər

Meyxanaçı Ağakərim dəfn edilib 20 dekabr, 2025 / 11:46