Sumqayıtda ər arvadını öldürüb

Bakı. 6 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində qətl hadisəsi qeydə alınıb. Bu barədə “Report”a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, 1988-ci il təvəllüdlü Xəqani Hüseynov 27 yaşlı həyat yoldaşı Ramilə Hüseynovanı öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41