Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

Belə ki, ASC-də elektrik işləyən Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Vaqif oğlu Quliyev iş görən zaman onu cərəyan vurub.

Termik yanıq xəsarətləri alan E.Quliyev xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19