Sumqayıtda avtomobillər toqquşub, xəsarət alan var

Sumqayıt şəhərində 41 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Kərimov Ramin Orucəli oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41