Sumqayıtda avtomobil 90 yaşlı qadını vuraraq öldürüb

Sumqayıtda avtomobil 90 yaşlı qadını vuraraq öldürüb.

”Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 14-cü məhəllə ərazisində qeydə alınıb.

Bəhram Xudayar oğlu Məmmədov idarə etdiyi özünə məxsus "Docia Logan" markalı 50-EN-815 dövlət nömrə nişanlı avtomobillə arxaya hərəkət edərkən şəhər sakini, 1933-cü il təvəllüdlü Pərnisə Əmirqulu qızını Qasımovanı vurub. Nəticədə Pərnisə Qasımova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36