Sumqayıtda avtomobil 59 yaşlı kişini vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt. 14 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəşiyən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun müxbiri xəbər verir ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Füzuli Qurban oğlu Yusifov şəhərin 6-cı mikrorayonunda yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


*** 10:28


Sumqayıt. 14 dekabr. REPORT.AZ/ Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, yaşlı kişi yolu keçmək istəyən zamanı naməlum avtomobil tərəfindən vurulub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər