Sumqayıtda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb

Bakı-Quba avtomobil yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, "Volkswagen" markalı avtomobil yolu keçən 38 yaşlı Xədicə Kərimovanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb. Qeyd edək ki, hadisə zamanı minik avtomobili aşıb, maşında olan 1988-ci il cı il təvəllüdlü kişi xəsarətlərlə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda mebel sexi yanıb 11 fevral, 2026 / 16:56