Sumqayıtda 70 yaşlı qadını avtomobil vurub.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən 1953-cü il təvəllüdlü Hüseynova Mayaxanım Maqsud qızını avtomobil vurub. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.