Sumqayıtda 60 yaşlı qadını avtomobil vurub

Sumqayıt. 6 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində 60 yaşlı qadını avtomobil vurub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonu ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 1958-ci il təvəllüdlü Ağayeva Gülbuta Niyazalı qızı 13 mikrorayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47