Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb                                      

Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

1971-ci il təvəllüdlü Mahir Qabil oğlu Əhmədov ərazidəki üstü bağlanmamış quyuya düşərək ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər