Sumqayıtda 48 yaşlı qadın intihar edib

Sumqayıtda intihar hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Ofelya Adil qızı Əhmədova yaşadığı 62 saylı binanın 5-ci mərtəbəsindən özünü atıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45