Sumqayıtda 16 yaşlı gənci avtomobil vurub

Sumqayıtda 16 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

"Report"un məlumatına görə, 2007-ci il təvəllüdlü Həsənov Anar Yalan oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və baş-beyinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27