DTX rəisi: "Son 5 ildə 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub"

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanaraq İŞİD-ə qoşulub. Onlar yaxşı iş gördüklərinə inanıblar. Amma əslində bu, cinayət işidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

Onun sözlərinə görə, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub:

"Onlardan 85-i hüquq-mühafizə orqanlarımız tərəfindən saxlanılıb və penitensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib. Bir çoxu isə döyüş zamanı həlak olub".

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33