SOCAR partlayış baş verən əraziyə gəmi göndərib

Xəzər dənizininin partlayış qeydə alınan hissəsində araşdırma aparılır.

Bu barədə "Report"a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı dəqiq məlumat əldə etmək üçün əraziyə gəmi göndərilib:

“Mütəxəssislərdən ibarət qrup artıq hadisə yerinə yollanıb. Araşdırma aparılır. Əlavə məlumat olan kimi ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29