Siyəzən rayonunda taxıl sahələrində baş vermiş yanğın söndürülüb.
"Report"un yerli bürosunun məlumatına görə, hazırda dəymiş ziyanın məbləği müəyyənləşdirilir.
*** 16:03
Siyəzən rayonunda biçilməmiş taxıl sahələrində yanğın başlayıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə yerinə Siyəzən və Şabran rayonlarının dövlət yanğından mühafizə hissəsinin 6 texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub.
Havanın küləkli olması yanğının söndürülməsinə maneə olur.
Faktla bağlı araşdırma aparılır.