Siyəzəndə ağır qəza olub, iki nəfər yaralanıb

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.

Belə ki, "50-DJ-612" dövlət qeydiyyat nömrə nişanlı "VAZ-21012" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Şabran rayon sakinləri 1994-cü il təvəllüdlü Dadaşov Aqil Əsgər oğlu və 1987-ci təvəllüdlü Babayev Xəzər Əlixan oğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.

Aqil Dadaşovova müştərək travma və baş-beyin silkələnməsi, Xəzər Babayevə isə qapalı kəllə-beyin zədələnməsi diaqnozu qoyulub. Hər iki yaralının vəziyyəti ağır olduğu üçün onlar Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18