Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb: Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Bəşirova Ayşən İlqar qızı, Şirvan sakini 2018-ci il təvəllüdlü B.G.Ə., Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Bəşirli Əli Sədaqət oğlu, Abşeron rayon sakini 1995-ci il təvəllüdlü Bəşirli Leyla İlqar qızı və adı açıqlanmayan bir nəfər. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Əlavə edilib.