Şirvanda dörd evdən 30 min manatdan çox pul oğurlanıb

Şirvan rayonunda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən ümumilikdə 13 190 manat, 10 450 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş P.HüseynovM.Allahverdiyev saxlanılıblar.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50