DİN Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirib ki, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

19:58

Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 2010-cu il təvəllüdlü Allahverdizadə Şakir Həsənxan oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun məktəbli yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54