Şirkət mallarını oğurlamağa cəhd edən post növbətçisi və qatar tərtibatçısı saxlanılıb

Polis Şabran dəmir yolu stansiyası ərazisindən şirkətlərdən biri üçün xaricdən göndərilmiş malları oğurlamağa cəhd edən şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, əməliyyat zamanı 1 ton 700 kiloqram dəmir dayaqları, qayışları, şveller və digər metal oturacaqları oğurlamağa cəhd göstərmiş oranın işçiləri olan Şabran rayon sakinləri - yük qəbul edicisi F.Mahmudov, post növbətçisi X.Kazımov, qatar tərtibatçısı E.Ağayev və yük-qatar təhvil vericisi Z.Ağarzayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər