Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sənan Muxtarova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Sənan Əli oğlu Muxtarov “Əməkdar hüquqşünas” fəxri adı ilə təltif edilib.