Şəmkirdə daş karxanasında işləyən ekskavator yanıb

Şəmkirdə ekskavator yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Şəmkir rayonunda yerləşən daş karxanasının ərazisində ekskavatorda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "HİDROMEK 370" markalı ekskavatorun mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ekskavatorun mühərrik hissəsi qismən yanıb, əsas hissəsi yanğından mühafizə olunub.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41