Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Şəmkir rayon ərazisindən ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Ford" markalı kiçik tutumlu yük avtomobilinin "Lada" markalı minik maşınıyla toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Kənan Yusifov hadisə yerində ölüb.

Qəza zamanı habelə 1993-cü il təvəllüdlü Elşən Mahmudov və daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47