Şəmkirdə avtomobil 57 yaşlı qadını vuraraq öldürüb

Şəmkirdə avtomobil 57 yaşlı qadını vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" markalı avtomobil piyada, 1969-cu il təvəllüdlü Natalya Petrovna Şevçenkonu vurub.

Müxtəlif xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, orada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12