Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Şəmkir rayonun Könüllü kəndində minik avtomobili yük maşınınla toqquşub, 5 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 1972-ci il təvəllüdlü Səidə Hüseynova, 1998-ci il təvəllüdlü Pakizə Axmedova, 2003-cü il təvəllüdlü Şahin Həsənov, 1972-ci il təvəllüdlü Arzu Həsənov, 1996-cı il təvəllüdlü Ayşən Axmedova xəsarət alıblar.  

Onlardan ikisi Şəmkir Mərkəzi Rayon Xəstəxanasına digərləri isə Gəncə şəhərində yerləşən hospitalların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36