Şəmkirdə ata-oğul küçədə döyülüb

Şəmkirdə ata-oğul küçədə döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Üç yol" adlanan ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakinləri - 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41