Şəkidə qadın dəm qazından boğularaq ölüb

Şəkidə 34 yaşlı qadın dəm qazından boğularaq ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Suçma kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Yenigül Mənafovanın cansız bədəni yaşadığı evin hamamında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26