Şəkidə mikroavtobusla avtomobil toqquşub, xəsarət alanlar var

Şəkidə sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə "VAZ-21012" markalı minik avtomobili toqquşub.

Qəza zamanı "VAZ"da olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47