Şəkidə mikroavtobus və yük avtomobili toqquşub, yaralananlar var

Şəkidə mikroavtobus qəzaya düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qarameryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Vərəzət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki-Bakı marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla "Mercedes" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusun 5 sərnişini xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər