Şəkidə mikroavtobus piyadanı vurub.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 15-i saat 08 radələrində Şəki şəhəri ərazisində Vüqar Məmmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 1963-cü il təvəllüdlü Cəfərov Seyfəddin Fəxrəddin oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Cəfərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.