Şəkidə küçədən kişi meyiti tapılıb

Şəki. 18 avqust. REPORT.AZ/ Şəki şəhərində küçədən kişi meyiti tapılıb.

”Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Şəki şəhərində naməlum kişi meyiti aşkarlanıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki şəhər şöbəsinə təhvil verilib. Daha sonra məlum olub ki, ölən şəxs 1981-ci il təvəllüdlü Fuad Vaqif oğlu Babayevdir. Onun hansı şəraitdə ölməsi tibbi ekspertizanın nəticəsindən sonra bəlli olacaq.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48