Şəkidə koronavirus xəstəsinə cinayət işi başlanılıb

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 5-də “COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Şəki şəhər sakini R.Məmmədov barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19