Şəkidə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Şəki rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 02:00 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində maşında olan sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb. Sürücü, 22 yaşlı Ömər Tanrıverdiyev və 16 yaşlı digər sərnişin isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər