Şəkidə it dişləyən 5 nəfərə (4 kişi, 1 qadın) zəruri tibbi xidmətlər göstərilib və quduzluq əleyhinə vaksin tətbiq edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərə həkim nəzarətində peyvənd kursunu davam etdirmələri tövsiyə olunaraq ambulator müalicə üçün evə buraxılıblar.
Müxbir: Sevil Seymur
Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib.
"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib.
Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyevə hücum edərək xəsarət yetirib.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, məlumata görə, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.