Şəkidə 37 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Şəki. 4 avqust. REPORT.AZ/ Şəki şəhərində zəhərlənmə hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki şəhəri, 26-cı rayon, Nəriman Nərimanov küçəsi, ev 9 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1981-ci il təvəllüdlü Abdurəhmanova Könül Elman qızı sirkə turşusu içərək zəhərlənib. O, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, hadisə yanlışlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər