Şəkidə 17 yaşlı oğlan itkin düşüb

Şəkidə 17 yaşlı oğlan itkin düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyev yanvarın 14-də təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un yerli bürosuna bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə də məlumat daxil olub. Polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 13 yanvar, 2026 / 14:51
Sumqayıtda silah-sursat tapılıb 13 yanvar, 2026 / 13:13