Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olan "KiA" markalı avtomobili vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki maşına ciddi ziyan dəyib.
Qəza yerinə DYP əməkdaşları cəlb olunub. Qəza nəticəsində prospektdə böyük tıxac yaranıb.