Bakının Səbail rayonunda 22 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report"un məlumatına görə, 2000-ci il təvəllüdlü Həsənov Seymur İsmayıl oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.