Səbaildə 48 yaşlı kişini avtomobil vurub

Bakının Səbail rayonunda 48 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Belə kı, 1974-cü il təvəllüdlü Əliyev Söhrab Rüstəm oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47