Abşeron rayonunda 29 yaşlı gənci avtomobil vurub.
“Report”un məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Əliyev Amin Namiq oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin qapalı travması diaqnozu qoyulub. Fakt araşdırılır.