Sarayda 67 yaşlı qadın dəm qazından boğulub

Saray qəsəbəsində 67 yaşlı qadın dəm qazından boğulub.

"Report" xəbər verir ki, Babək küçəsində yaşayan 1958-ci il təvəllüdlü Bənövşə İbrahimova evinin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39