Saray postunun yaxınlığında marşrut avtobusu yanıb - YENİLƏNİB

Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur.

Saray postunun yaxınlığında 9 saylı marşrut avtobusu yanır.

Bu barədə "Report"un yerli bürosu xəbər verir.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38