Salyan. 27 noyabr. REPORT.AZ/ Salyan rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsində yaralananların adları məlum olub. "Report"un aran bürosunun verdiyi məlumata görə, "Niva"nın sürücüsü, Salyan şəhər sakini 40 yaşlı Seyfəddin Aləttin oğlu Zeynalov, Şirvan şəhər sakini 61 yaşlı Əliabbas Lazım oğlu Məmmədov, Salyan şəhər sakinləri - 49 yaşlı Əfqan Murad oğlu Səfərov, 57 yaşlı Şəmsi Əlsahib oğlu Dadaşov müxtəlif dərəcəli bədən xasarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan üçü Travmatologiya şöbəsinə yerləşdirilib, "Niva"nın sürücü isə ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
11:31
Salyan. 27 noyabr. REPORT.AZ/ Salyanda ağır yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 50-ci km-də, Çuxanlı kəndi ərazisində qeydə alınıb.
Qəza "Mercedes", "VAZ" və "Niva" markalı maşınların toqquşması nəticəsində baş verib. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. yaralılar salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Yaralıların kimliyi araşdırılır.