Salyanda yol qəzası olub: xəsarət alanlar var

Salyan. 17 aprel. REPORT.AZ/ Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhər İncəsənət Məktəbinin yaxınlığında qeydə alınıb.

Qəza zamanı rayonun Aşağı Kürkənd kənd sakinləri: - 1996-cı il təvəllüdlü Cəlil Əhəd oğlu Məmmədov, 1988-ci il təvəllüdlü Ramil Rasif oğlu Abbasov və 1996-cı il təvəllüdlü Vasif Vidadi oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26