Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyan. 2 noyabr. REPORT.AZ/ Salyan rayonunda yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə rayonun Əlibəy Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, "Mitsubishi" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Belə ki, "VAZ 2106" markalı avtomobilin sürücüsü, Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini 1978-ci il təvəllüdlü Atakişi Qurban oğlu Atakişiyev və sərnişini, Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Xəyal Tahir oğlu Abdullayev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41