Salyanda yeniyetməni cərəyan vuraraq öldürüb

Salyan. 17 iyul. REPORT.AZ/ Salyan rayonunda yeniyetməni cərəyan vuraraq öldürüb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Ə.Zeynalov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Səyyad Kərim oğlu Bəkirovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər