Salyanda kişi meyiti tapılıb

Salyan. 21 iyul. REPORT.AZ/ Salyanda meyit tapılıb.

"Report"un Aran bürosu xəbər verir ki, kişi meyiti bu gün səhər saatlarında şəhərin Ağa Mirbağırağa küçəsində aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə aparılıb. Cəsədin şəhər sakini Emin Rzayevə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27