Salyan. 24 fevral. REPORT.AZ/ Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün Ələr-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Hüseynov Samir Mərdan oğlunun idarə etdiyi “Ford” markalı avtomobillə Salyanın Sarvan kənd sakini, 1969-cu il təvəllüdlü Gözəlov Samid Gülhüseyn oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.